600-dən yuxarı bal toplamış məzunların mükafatlandırma tədbiri keçirildi

09 sentyabr 2019-cu  il tarixində  Qaradağ rayonu İH-nin başçısı ilə  ali məktəblərə qəbul imtahanlarından 600-dən yuxarı bal toplamış məzunların mükafatlandırma tədbiri keçirildi. Tədbiri İH-nin başçısı cənab Süleyman Mikayılov açaraq ötən dərs ilində Qaradağ rayonunda yerləşən orta ümümtəhsil məktəblərinin uğurlarından danışdı, dövlət tərəfindən təhsilə olan daimi diqqəti yüksək dəyərləndiridi. Məktəbimizin 11-ci sinif məzunlarının imtahanlarda göstərdiyi yüksək nəticələr xüsusilə qeyd olundu.Uğurlarımız bir daha alqışlandı. Tədbirin sonunda məktəbin ali məktəblərə 600-dən çox bal toplamış 4 nəfər məzununa Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov qiymətli hədiyyələr təqdim etdi, tələbə adını qazanmış məzunlara və məktəb rəhbərlərinə gələcək fəaliyyətlərində uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi