MƏZUNUMUZ QIZIL MEDALLA TƏLTİF OLUNDU

Təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, bu il Bakı şəhər ümumitəhsil müəssisələrinin 14 məzunu qızıl  medal ilə təltif olundu.  2018-2019 cu tədris ilində məktəbin XI (on birinci) sinfini bitirmiş, X və XI siniflərdə illik qiymətləri 5 (beş) olan, X sinifdə oxuyarkən Fənn Olimpiadalarının Respublika turunda Azərbaycan dili və ədəbiyyat fənni üzrə III yer tutmuş və bürünc medalla təltif olunmuş Aslanzadə Kəmalə Elşən qızı tam orta təhsil haqqında xüsusi nümunəli attestata və qızıl medala layiq görüldü. Kəmalə qazandığı bu uğura, mükafata görə çox sevindiyini və əməyi olan hər kəsə təşəkkürünü bildirdi. Məktəb rəhbərliyi adınan məzunumuzu təbrik edir, həyat yollarında uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi