PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLDİ

20 iyun tarixində məktəbin akt zalında 2018-2019-cu tədris ilinin başa çatması ilə bağlı Pedaqoji Şuranın iclası keçirildi. İclası açıq elan edən məktəbin direktoru Taleh Quliyev tədris ili ərzində görülən işləri , qarşıda duran məsələləri pedoqoji kollektivin nəzərinə çatdırdı. İclasda ötən dərs ilinin yekunları, şagirdlərin sinifdən-sinfə keçirilməsi, məzunlara təhsil haqqında dövlət sənədinin verilməsi və digər məsələlər müzakirə olundu, müvafiq qərarlar qəbul edildi. İclasın sonunda fəaliyyəti ilə fərqlənən müəllimlər məktəbin direktoru Taleh Quliyev tərəfindən Təşəkkürnamə ilə təltif olundu.