SON ZƏNG

14 iyun tarixində məktəbdə ənənəvi olaraq "Son zəng" tədbiri qeyd olundu. Dövlət himnimizin səslənməsi ilə başlanan tədbiri açıq elan edən məktəbin direktoru Taleh Quliyev müstəqil həyata qədəm qoyan məzunlara gələcək həyat yolunda uğurlar arzuladı. Tədbirdə valideynlər və məktəbə dəvət olunan qonaqlar üçün əyləncəli proqramlar təşkil olundu. Daha sonra 2018-2019-cu tədris ilində fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən fəxri diplomlarla təltif olundular. Bir daha məzunlarımızı təbrik edir, onlara Ulu Öndərimizin bizlərə miras qoyduğu müasir Azərbaycanımızda müvəffəqiyyətlər arzu edirik.