15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür

12  iyun tarixində məktəbdə  “15 İyun Milli Qurtuluş Günü” münasibəti ilə tədbir keçirildi.Bayram tədbrində məktəbin  kollektivi ilə yanaşı Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini  Təranə İsmayılova  iştirak etdi. Tədbir himnimizlə başladı və məktəbin direktoru Taleh Quliyev  çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi. Taleh Quliyev qeyd  etdi ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.Bu gün də Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir,regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.Sonda məktəb şagirdlərinin  ifasında Ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş şeir səsləndirilib, mahnılar oxundu.

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi