QƏHRƏMANLARIMIZI UNUTMAYAQ

Məktəbin Fəliyyət Planında nəzərdə tutulmuş ən yaxşı siniflərə milli qəhrəmanların adının verilməsi ilə əlaqədar 11 iyun tarixində məktəbin 2“a” və 3“c”sinifərində Azərbaycanın Milli Qəhrəmanı Məmmədov Kazım Ərşad oğlu və İbrahimov Mübariz Ağakərim oğlunun həyatı və döyüş yoluna həsr olunmuş tədbir keçirildi. Tədbirdə Kazım Məmmədovun anası, məktəb rəhbərliyi və müəllimlər iştirak etdilər. Şagirdlər qəhrəmanlar haqqında geniş məlumatlar verdilər və bir sıra vətənpərvərlik mövzusunda şeir və mahnılar ifa etdilər. Tədbirin sonunda 2”a” sinfinə Milli Qəhrəman Kazım Məmmədovun və 3“c” sinfinə Milli Qəhrəman Mübariz İbrahimovun adının verilməsilə bağlı qərar qəbul edildi.