UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜNƏ HƏSR OLUNMUŞ MƏKTƏB ŞAGİRDLƏRİNİN EKSKURSİYALARI

Məktəbin ibtidai sinif müəllimləri Sevinc Həsənovanın, Rəqiybə Seyidovanın və Nəzakət Əhmədovanın təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar rəhbərlik etdikləri sinif şagirdləri ilə müxtəlif tarixi məkanlara, muzeylərə və 1 nömrəli Çörək zavoduna ekskursiyaları oldu. Şagirdlər ekskursiya çərçivəsində muzeylərin kolleksiya fonduna tamaşa edib, onlara ölkə əhəmiyyətli tarixi abidələr barədə ətraflı məlumatlar verilib. Ekskursiyanın məqsədi uşaqları sevindirməklə yanaşı onların bilik və bacarıqlarını artırmaq, milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaqdan ibarət olub.