“VALİDEYNİN MƏKTƏBDƏ BİR GÜNÜ” ADLI GÖRÜŞ KEÇİRİLDİ

27 may tarixində məktəbdə “Valideynin məktəbdə bir günü” adlı valideynlərlə görüş keçirildi. Layihə çərçivəsində valideynlər məktəb mühiti ilə tanış oldular. Onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumatlar verildi. Məktəb direktoru Taleh Quliyev müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki rolundan bəhs edərək, valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini daha da genişləndirmək üçün görülən intensiv işlərdən danışdı. Daha sonra valideynlərin iştirakı ilə tədris prosesini izləmək üçün dərs müşahidələri keçirildi.