Məktəblilərin gələcək peşə seçimlərinə dair maarifləndirici tədbir keçirildi

23 may tarixində Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Qaradağ rayon təşkilatının, uğurlu mövqeyə malik müxtəlif peşə sahiblərinin və uğur qazanmış məktəb məzunlarının iştirakı ilə məktəbin IX-XI sinif şagirdləri ilə görüş keçirildi.Görüşdə şagirdlərə yüksək texnologiyalar sahəsində ixtisasların təbliğinə dair maarifləndirmə söhbəti aparıldı. Azərbaycanın hərtərəfli inkişafında fəallıq göstərən gənсlərimiz iqtisadiyyatımızın müxtəlif sahələrində çalışmaqla siyasi hazırlıqları, ölkəmizin ümumi inkişafına böyük töhfələrin verməsi barədə çıxışlarında qeyd etdilər. Bu istiqamətdə şagirdlərə gələcək peşə seçimlərində maarifləndirici söhbətlər olundu.Şagirdlərin fikirləri dinlənildi, sualları cavablandırıldı.