“Hüquqlarımızı öyrənək və öyrədək” mövzusunda dəyirmi masa keçirildi

21 may tarixində “ Hüquqlarımızı öyrənək və öyrədək” mövzusunda şagirdlərin iştirakı ilə dəyirmi masa keçirildi. Dəyirmi masa məktəbin psixoloqu Sürayə Bayramovanın təşkilatçılığı ilə keçirildi. Şagirdlərə Respublikamızda insan hüquqları gününün təsis olunması, insan hüquqları anlayışı və mahiyyəti, müasir dünyada insan hüquqlarına verilən önəm, insan hüquqlarını və azadlıqlarını özündə yüksək səviyyədə ifadə edən beynəlxalq sənədlər, insan hüquqlarının pozulması faktları və onun qarşısının alınması yolları, ayrı-ayrı kateqoriya insan hüquqları barədə geniş məlumatlar verildi. Daha sonra mövzu ətrafında şagirdlərin fikirləri eşidildi və sualları cavablandırıldı.