Milli Qəhrəmanların adı ədəbiləşdirilir

Məktəbin Fəliyyət Planında nəzərdə tutulmuş ən yaxşı siniflərə  milli qəhrəmanların adının verilməsi ilə əlaqədar  8 may tarixində məktəbin 6 “a” sinifində Aprel döyüşlərində qəhramanlıq göstərən Azərbaycan Silahlı Qüvvələrinin  polkovnik-leytenantı, Xüsusi Təyinatlı  Qüvvələrinin  zabiti və Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin həyatı  və döyüş yoluna həsr olunmuş tədbir keçirildi.  Tədbirdə şagirdlər qəhrəman haqqında  geniş məlumatlar  verdilər və bir sıra vətənpərvərlik mövzusunda şeir və mahnılar ifa etdilər. Tədbirdə məktəbin direktoru, direktor müavini,psixoloq,sinif rəhbəri və şagirdlər iştirak edirdilər. Tədbirin sonunda  6 ”a” sinifinə Milli Qəhrəman Murad Mirzəyevin adının verilməsilə bağlı təklif irəli sürüldü və yekdilliklə qəbul edildi. Artıq 8 may 2019-cu il tarixdən 6”a” sinifi Qəhrəman Murad Mirzəyevin adını daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi