“İslami dəyərlərin formalaşdırılması” mövzusunda tədbir keçirildi

“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” birgə İş Planına uyğun olaraq 1.2.bəndinə əsasən 06 may tarixində “İslami dəyərlərin formalaşdırılması” mövzusunda məktəbin akt zalında tədbir keçirildi. Tədbir Azərbaycan dili və ədəbiyyat müəllimi Zəminə Mustafayevanın təşkilatçılığı ilə baş tutdu. Zəminə müəllim dini xurafat, ehkamçılıq və cəhalətin tənqidinə həsr olunmuş əsərlərdən çıxışlar edərək, müzakirəsini şagirdlərlə apardı. Daha sonra dini hadisələrin,mərasimlərin və bayramların sosial-ictimai və mənəvi mahiyyətindən şagirdlərə məlumatlar verdi.