Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş “Heydər Əliyev elm və təhsilin inkişafına böyük qayğı ”adlı tədbir keçirildi

Mayın 6-da məktəbin tarix müəllimi Sultan Bayramovanın rəhbərliyi ilə 5 “e” sinifində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş “Heydər Əliyev elm və təhsilin inkişafına böyük qayğı” adlı tədbir keçirildi. Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan Sultan Bayramova şagirdlərə Ümummilli lider Heydər Əliyev tərəfindən təhsilə,gənclərə qoyulan siyasətindən və bu gün də həmin siyasətin davamı olaraq prezident İlham Əliyev tərəfindən  göstərilən diqqət və qayğıdan danışdı.Daha sonra şagirdlər xalqımızın lideri Heydər Əliyevin uşaqlar haqqında dediyi kəlamları söylədilər, şeirlər dedilər və mahnılar oxudular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi