"LÜTFİ ZADƏ ADINA MƏKTƏBLİLƏRARASI IV MƏNTİQ OLİMPİADASI"NIN MƏKTƏBDAXİLİ MƏRHƏLƏSİ KEÇİRİLDİ

04 may tarixində  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən paytaxt məktəbliləri arasında "Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadası"nın məktəbdaxili mərhələsi keçirildi.Məktəblilərarası dördüncü məntiq olimpiadasının ilk turunda məktəbin V-VI sinif şagirdləri iştirak etdilər. Bilik yarışı saat 09.00-da başladı və 10.30-da bitdi.Məktəbdaxili mərhələdə şagirdlər bir saat yarım vaxt ərzində məntiqə aid 25 test sualını cavablandırdılar. Şagirdlərin test cavabları cədvəl formasına yazılaraq yerli təhsili idarəetmə orqanına göndərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi