ŞAGİRDLƏRİN AZƏRBAYCAN QOBUSTAN MUZEYİNƏ EKSKURSİYASI TƏŞKİL OLUNDU

01 may tarixində məktəbin ibtidai sinif müəllimi Məhrubə Vəliyevanın təşəbbüsü və təşkilatçılığı ilə rəhbərlik etdiyi 3"Ç" sinif şagirdlərinin müəllim və valideynlər ilə birgə Azərbaycan Qobustan Muzeyinə ekskursiyası təşkil olundu. Məktəblilər ekskursiya çərçivəsində muzeyin kolleksiya fonduna tamaşa edib, onlara ölkə əhəmiyyətli tarixi abidələr barədə ətraflı məlumatlar verildi. Ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərin bilik və bacarıqlarını artırmaq, milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq və onlara tarixi abidələrimiz haqqında dolğun məlumatları çatdırmaqdan ibarət olub.