“İslamın görkəmli şəxsiyyətlərinin mənəviyyatı,vətən təşəbbüsü,elm,təhsil haqqında ibrətamiz fikirləri”mövzusunda dəyirmi masa keçirildi.

“Müasir dövürdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” birgə İş Planına uyğun olaraq 1.2.4 bəndinə əsasən 01 may tarixində 5“V” sinifində “İslamın görkəmli şəxsiyyətlərinin mənəviyyatı, vətən təşəbbüsü,elm,təhsil haqqında ibrətamiz fikirləri”mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masa məktəbin biologiya müəllimi Zemfira Alverdiyevanın təşkilatçılığı ilə baş tutdu .Zemfira müəllim islam dininin humanist mahiyyətli, gözəl və saf əxlaqa, mərhəmət və şəfqətə, müxtəlif mədəniyyət və dəyərlərə dözümlülüyə, elmə və inkişafa çağırış din olmasından və dini hadisərin, mərasim və bayramların sosial-ictimai və mənəvi mahiyyəti barədə şagirdlərə məlumatlar verdi.