“Azərbaycançılıq ideologiyasının fəlsəfi məna tutumu və mahiyyəti” mövzusunda dəyirmi masa keçirildi

“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə İş Planına uyğun olaraq 2.1.2 bəndinə əsasən 30 aprel tarixində məktəbin tarix müəllimi Esmira Xudiyevanın təşkilatçılığı ilə 10 “H” sinifində “Azərbaycançılıq ideologiyasının fəlsəfi məna tutumu və mahiyyəti” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masa ətrafında şagirdlərin təqdimatları dinlənildi.