ŞAGİRDLƏRDƏ HƏRBİ-VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİNİN GÜCLƏNDİRİLMƏSİ MƏQSƏDİ İLƏ MÜHAZİRƏ KEÇİRİLDİ

“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” İş Planına uyğun olaraq 3.1.1 bəndinə əsasən 27 aprel tarixində məktəbin ÇH fənn müəllimi Bayram Hacıyev tərəfindən yuxarı sinif şagirdləri ilə “Çağırışaqədərki hazırlıq” fənni və şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində mühazirə aparıldı. Bayram müəllim vətənpərvərlik vətənə məhəbbət, əcdadların ənənələrinə hörmət olmağından, vətənpərvərliyə və dövlətçiliyə söykənən azərbaycançılıq məhz ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpası zamanı ölkəyə rəhbərliyindən sonra milli bütövlüyümüzün təcəssümü olan milli ideologiya kimi formalaşmasından danışdı. Mühazirədə vətənpərvərlik tərbiyəsinin aşılanmasında xalqımızın min illər əvvəl dedikləri tarixi kəlamlarda ifadə olunan vətənə vurğunluq şagirdlərə xatırlandı.