HEÇ BİR UŞAĞI NƏZƏRDƏN QAÇIRMAYAQ

“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” İş Planına uyğun olaraq 2.4.1 bəndinə əsasən 27 aprel tarixində məktəbin Uşaq Birliyi rəhbəri Natavan Həşimova və psixoloq Sürayə Bayramova tərəfindən şagirdlərin bacarıq və qabiliyyətlərinin genişləndirilməsi istiqamətində maarifləndirici söhbətlər aparıldı. Söhbətlərdə əsas məqsəd şagirdlərdə öz imkanlarına inam hissinin aşılanması idi. Şagirdlərə məktəbdə tarixi və anım günlərinin qeyd edilməsi, mütaliə, vətənpərvərlik, əxlaq tərbiyəsi, qəhrəmanlıq, şəhidlik zirvəsi və mədəniyyətlə bağlı keçirilən tədbirlərdə iştirakın onların elmi dünyagörüşünün formalaşmasında, dərslərə hazırlıqlarında əsas rol oynadığını bildirdilər.