Ordu quruculuğu,ölkəmizin müdafiə qüdrətinin güclənməsi

“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə İş Planına uyğun olaraq 1.1.3 bəndinə əsasən uşaq və yeniyetmələrdə ölkəmizdə baş verən ictimai-siyasi və sosial hadisələrə,qazanılan nailiyyətlərə obyektiv münasibətin yaradılması məqsədilə 26 aprel tarixində tarix müəllimi Sultan Bayramovanın təşkilatçılığı ilə “Ordu quruculuğu,ölkəmizin müdafiə qüdrətinin güclənməsi” mövuzusunda təqdimat keçirildi. Təqdimatı 8 “a” sinif şagirdləri hazırladılar. Onlar öz təqdimatlarında Azərbaycanda ordu quruculuğunun tarixindən, inkişafından bəhs etdilər. Şagirdlər mövzu üzrə hazırladıqları təqdimatları məktəb rəhbərliyinə təqdim etdilər.