Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü

23 aprel tarixində məktəbin ibtidai sinif müəllimləri, kitabxana müdiri Təranə Qafarovanın, Azərbaycan dili və ədəbiyyat müəllimi Zəminə Mustafayevanın təşkilatçılığı ilə Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş tədbir keçirildi. Məktəbin ibtidai sinif şagirdləri müxtəlif əsərlərdən parçalar oxudular,şeirlər dedilər,teatr tamaşaları göstərdilər. Daha sonra şagirdlərimizin ifasında Azərbaycanın milli rəqsləri və milli mahnıları ifa olundu.