Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsi keçirildi

18  aprel  tarixində məktəbin akt zalında Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnarə Məmmədovanın  təşkilatçılığı ilə Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsi keçirildi. Müsabiqədə münsif qismində məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Tamilla Babaşova, Azərbaycan dili və ədəbiyyat müəllimləri  Elmira Həsənova,Könül Balaməmmədova və Kəmalə Əşrəfova iştirak etdi.Münsiflər tərəfindən şagirdərin  şeir , qəzəl çıxışları dinlənildi və şeir müsabiqəsinin qalibləri müəyyən edildi. İştirakçılardan Şahbazlı Zəhra (7q sinif), İsmayılova Xədicə (3c sinif)    I yerə, Salmanzadə Zabitə (3c sinif), Ağasıyeva Zərifə ( 5v sinif), Əhmədova Anara (5d sinif)  II yerə,   Sanılı Nuray (3c sinif), Hacıyeva Aydan (6b  sinif), Əkbərli  Kənan ( 3c sinif)  III yerə, bir neçə şagirdimiz isə həvəsləndirici mükafata layiq   görüldülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi