IX siniflər üzrə diaqnostik qiymətləndirmə keçirildi

16 mart tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə 9-cu siniflərdə keyfiyyətin artırılması istiqamətində 9-cu siniflər üzrə təhsil alan zəif təlim nəticəli şagirdlərin müəyyənləşdirilməsi və həmin şagirdlərlə məqsədyönlü işin təşkili ilə əlaqədar diaqnostik qiymətləndirmə keçirildi. Qiymətləndirmə saat 1000- da başlayıb, 1200- da başa çatdı və nəzarətçi müəllimlər tərəfindən imtahanın şəffaf keçirilməsinə xüsusi nəzarət olundu.