Məktəbdaxili futbol yarışı keçirildi

13 mart tarixində məktəbin idman zalında 6 və 7-ci şagirdləri arasında məktəbdaxili futbol yarışı keçirildi. Yarışda münsiflər heyəti qismində məktəbin direktoru Taleh Quliyev və məktəbin fiziki tərbiyə müəllimləri Mətanət Cəfərova,Nicat Kərimov və Möhtəşəm Novruzov iştirak etdilər. Yarışda qalib gələn 6 e sinfi və 7 d siniflərinin komanda üzvləri məktəbin direktoru Taleh Quliyev tərəfindən kubok və medallarla təltif olundular.Yarışın keçirilməsində məqsəd şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi və idmana marağının artırılması oldu.