"Həşaratların müxtəlifliyi, təbiətdə və insan həyatında rolu" mövzusunda açıq dərs keçirildi

Martın 12-də "Fizika,kimya və biologiya " aylığı çərçivəsində məktəbin biologiya müəllimi Səma Rüstəmovanın təşkilatçılığı ilə 7 “O” sinfində "Həşaratların müxtəlifliyi, təbiətdə və insan həyatında rolu" mövzusunda açıq dərs keçirildi. Açıq dərsdə müəllim əsas hissəsini videoçarxlarla şagirdlərə bildirərək,onları dörd qrupa bölüb və şagirdlərin diqqətini mövzuya yönəldərək qrupların tapşırıqlarını verdi. Şagirdlər təbiətdə həşaratların qorunub saxlanılması, artırılması və ətraf mühit üçün səmərəli istifadə edilməsi vacibliyindən danışdılar.Daha sonra hər qrup nümayəndəsi tapşırıqların işinin nəticələrini dərs iştiakçılarına təqdim etdilər.