XOCALI SOYQIRIMI - XX ƏSRİN FACİƏSİ
25 fevral 2016-cı il tarixdə 288 №- li tam orta məktəbdə Xocalı faciəsinin 24-cü il dönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Cahangir Süleymanov faciə ilə bağlı geniş məlumatla çıxış etdi. Çıxışında bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş bu Xocalı Soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda bəşəriyətə qarşı tarixi bir cinayətdir. Xocalı şəhərinin adı bundan sonra Azərbaycan xalqının və dünyanın bütün namuslu adamlarının yaddaşında kədərli, matəmli bir gün kimi qalacaqdır. Erməni faşistlərinin törətdiyi qanlı cinayət xalqımıza qarşı törədilmiş dəhşətli soyqırımı günü kimi tarixə yazılmalıdır.Biz vəhşicəsinə öldürülmüş, işgəncələr verilmiş,şikəst edilmiş həmvətənlərimizin xatirəsi önündə baş əyirik.Erməni quldurlarının xalqımıza qarşı törətdiyi Xocalı dəhşətini heç zaman unutmayacağıq. Xocalı şəhidlərinin qisasını qiyamətə qoymayacağıq! Çox keçməyəcək ki, xalqımız bir nəfər kimi ayağa qalxacaq, düşmənə layiqli cavabını verəcəkdir.Mən buna bütün qəlbimlə inanıram.Belini şax tut, can Azərbaycan! Qoynunda bu qədər şəhidlərin varsa,sabahın üçün heç bir narahatlığın olmasın. Allah bütün şəhidlərimizə rəhmət eləsin.Onların yaxınlarına da səbr versin!