20 Yanvar şəhidləri hec vaxt unudulmayacaq və xatirələri yaddaşlardan silinməyəcəkdir

18 Yanvar 2016- cı il tarixdə 288 №- li tam orta məktəbdə 20 Yanvar faciəsinin 26- cı il dönümü ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Cahangir Süleymanov açdı. O, qeyd etdiki hər il , şagirdlərin Şəhidlər Xiyabanına ziyarəti təşkil olunur.. Nitqində bildirmişdir ki, keçmiş sovet rəhbərliyi və onların Bakıdakı havadarları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ölkəmizdə dəhşətli cinayətlər törətmiş, günahsız qanlar tökmüşlər. O müdhiş gecə Vətənin azadlığının və müstəqilliyinin müdafiəsinə qalxmış silahsız insanlar təpədən-dırnağadək müasir silahlarla silahlanmış sovet qoşunlarının amansız vəhşiliyinin qurbanı olmuşlar. Bu təcavüz xalqımızın qan yaddaşına yazılmışdır. Faciəyə hüquqi-siyasi qiymət yalnız ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasından sonra verilmişdir. İllər, əsrlər ötsə də 20 Yanvar günü heç vaxt unudulmayacaq, şəhidlərin xatirəsi yaddaşlardan silinməyəcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi