1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirici xarakterli dəyirmi masa keçirildi

01 mart tarixində məktəbin Mülki Müdafiə qərargah rəisi Jalə Qədirovanın və ÇH fənn müəllimi Bayram Hacıyevin təşkilatçılığı ilə 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş mararifləndirici xarakterli dəyirmi masa keçirildi. İlk öncə  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Məktəbin ÇH fənn müəllimi,hərbi rəhbər Bayram Hacıyev  1 Mart-Ümumdünya Mülki Müdafiə Gününün 1972-ci ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi gün olmasını deyərək, tədbirin keçirilməsinin əhəmiyyətindən danışdı və bildirdi ki, əsas məqəd şagirdləri maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza   hadisələri zamanı düzgün təxliyə olunmasının öyrədilməsidir. Şagirdlərə əyani vəsaitlər və video filmlər nümayiş olundu, onların fövqəladə hallarla bağlı bilikləri yoxlanıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi