Fizika,kimya və biologiya aylığının başlanması və "Oksidləşmə reduksiya reaksiyaları"adlı keçirilən açıq dərs

01 mart tarixində "Fizika,kimya və biologiya " aylığı çərçivəsində məktəbin kimya müəllimi Sənubər Hüseynovanın təşkilatçılığı ilə 8 q sinfində " Oksidləşmə reduksiya reaksiyaları " mövzusunda açıq dərs keçirildi. Açıq dərsdə məktəbin direktor,direktor müavinləri və fənn müəllimləri iştirak etdi.Sənubər Hüseynova şagirdlərə motivasiyasını elektron lövhədə nümayiş etdirərək ,slaydlar vasitəsilə mövzu barədə çıxışlar etdi. Şagirdlər qruplar şəklində tədqiqatlar aparıb, tapşırıqları müzakirə edib nəticələri təqdim etdilər.Dərsdə iştirak edən müəllimlər açıq dərsin müzakirəsi zamanı müəllimi qarşısına qoyduğu məqsədə nail olduğunu bildirdilər.