Məktəbimizdə yaradılmış "Kiçik Akademiya"nın təsis konfransı keçirildi

28 fevral tarixində  məktəbimizdə  “Kiçik Akademiya”nın təsis konfransı keçirildi.İlk öncə direktor Taleh Quliyev çıxış edərək məktəb “Kiçik akademiya”sının  şagirdlərin təhsilə və elmə daha yaxından cəlb olunması, istedadlı şagirdlərin aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin və vərdişlərinin inkişaf etdirilməsinə xidmət göstərəcəyini vurğuladı. Daha sonra direktor Kiçik Akademiya”nın təsis olunması münasibətilə müəllim və şagirdləri təbrik edərək, onlara yeni nailiyyətlər arzuladı. Sonda isə məktəbdə yeni yaradılmış “Kiçik Akademiya”nın prezidenti məktəbin   təlim –tərbiyə işləri üzrə direktor müavini Tamilla Babaşova  qarşıda duran məqsəd və vəzifələrdən danışdı və logotip haqqında iclas iştirakçılarına məlumat verdi. Şagird elmi cəmiyyətin yaradılması qərara alındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi