“Brain ring” adlı intellektual yarış keçirildi

28 fevral tarixində məktəbin akt zalında “İngilis dili” aylığının yekunu olaraq Cəmilə Məmmədovanın təşkilatçılığı ilə şagirdlər arasında “Brain ring” adlı intellektual yarış keçirildi. Yarış çərçivəsində “Diamonds”, “Legend” və “Miracle” komandaları İngiltərənin tarixi, ədəbiyyatı, eyni zamanda məntiqi mövzular ətrafında qurulan sualları cavablandırdılar. Sonda münsif olaraq iştirak edən ingilis dili müəllimləri Lalə Məmmədova, Səlimə Nəsibova,Yeganə Baxışova və Leyla Məhəmmədli şagirdləri oyunda fəal iştirak etdiklərinə görə təbrik edərək, qalib “Diamonds” komandasının şagirdlərinə uğurlar arzuladırlar