“Ən yaxşı təqdimat ” müsabiqəsinin məktəb mərhələsi keçirildi

25 fevral tarixində məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 06 fevral 2019-cu il tarixli, F-87 nömrəli əmrinə əsasən Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar “Ən yaxşı təqdimat ” müsabiqəsi keçirildi. Şagirdlər təqdimat edəcəkləri mövzular barədə çıxışlar etdilər. Münsiflər heyyəti tərəfindən XI sinif şagirdi Abdullazadə Fidan Malik qızının təqdimatı ən çox bəyənilən təqdimat olaraq məktəb mərhələsinin qalibi oldu. Şagirdimizə uğurlar arzulayırıq.