"Gənc kimyaçılar müsabiqəsi"nin məktəb mərhələsi keçirildi

14 fevral tarixində məktəbdə “Gənc kimyaçılar yaradıcılıq müsabiqəsi”nin məktəb mərhələsi keçirildi. Müsabiqə IX-XI sinif şagirdləri arasında təşkil olundu. Müsabiqəni kimya müəllimi İlhamə Qafarova təşkil etdi. 3 nəfər şagirdimiz yaxşı nəticə göstərdikləri üçün müsabiqənin rayon turunda iştirak hüququ qazandılar.