“Azərbaycan dili –milli varlığımızdır” mövzusunda şeir müsabiqəsi keçirildi

Fevralın 5-də məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 01 fevral 2019-cu il tarixli,F-75 nömrəli əmrinə əsasən VI-XI sinif şagirdlər arasında “Azərbaycan dili –milli varlığımızdır” mövzusunda şeir müsabiqəsinin məktəb mərhələsinə start verildi.12 fevral 2019-cu il tarixdə isə müsabiqənin I mərhələsi keçirildi və XI sinif şagirdi Bənnayeva Səfurə İftixar qızı, X sinifdən isə İmanlı Nərgiz Rövşən qızı I yerin qalibi seçildilər.Qalibləri təbrik edir onlara növbəti mərhələlərdə uğurlar arzulayırıq.