20 YANVAR FACİƏSİNİN İYİRMİ DOQQUZUNCU İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİRLƏR KEÇİRİLDİ

Yanvarın 21-i tarixində məktəbin ayrı-ayrı siniflərində 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş tədbirlər keçirildi. Şagirdlər çıxış edərək 20 Yanvar faciəsinin acı nəticələri barədə məlumatlar verdilər. Şagirdlər torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizə, milli qəhrəmanlarımıza həsr olunmuş şeirlər söylədilər. Tədbirlərin keçirilməsində əsas məqsəd şəhidlərin əziz xatirəsinin heç vaxt yaddaşlardan silinməyəcəyini gənc nəslin diqqətinə çatdırmaqdır