MƏKTƏBİN TİBB BACILARI TƏRƏFİNDƏN ŞAGİRDLƏR İLƏ MAARİFLƏNDİRİCİ GÖRÜŞ KEÇİRİLDİ

4 yanvar tarixində məktəbdə “Psixonevroloji və psixoloji skrininqlərin aparılması və qurd invaziyası hallarının azaldılması” mövzusunda şagirdlərlə söhbətlər aparıldı.Məktəbin tibb bacıları Mükafat Əliyeva və Sevda Məlikqasımova müxtəlif siniflərdə şagirdlərlə maarifləndirici görüş keçirdilər. Onlar şagirdlərə infeksiyanın əsasən 5-14 yaş uşaqlar arasında müşahidə olunduğunu və zamanında müalicə olunmadığında bir sıra problemlərə, o cümlədən qavrama qabiliyyətinə və azqidalanma kimi xəstəliklərə gətirib çıxaracağını bildirdilər.Daha sonra qurdun sinir sistemini zədələmək gücünə qadir olmağından, qurdun yerləşdiyi yerlərdə daha çox problemlərin yaranacağından, zehni və fiziki inkişafa mənfi təsirindən bəhs etdilər.Söhbətlərdə gigiyenik qaydalara ciddi diqqət yetirilməli, əllər tez-tez yuyulmalı ,dırnaqlar qısa kəsilməli olduğu deyildi. Şagirdlər mövzular barədə geniş maarifləndilər.