ŞAGİRDİMİZ MÜKAFATLANDIRILDI

28 dekabr 2018-ci il tarixində məktəbimizin 6 d sinif şagirdi Ramazanlı Afaq Alim qızı ötən tədris ilində keçirilən Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadasında III yer tutduğu üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplomla mükafatlandırıldı. Şagirdimizi təbrik edir, ona uğurlar arzulayırıq.