Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirildi

19 dekabr tarixində məktəbin tarix müəllimi Esmira Xudiyevanın təşkilatçılığı ilə 11-ci sinif şagirdlərinin təqdimatında Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirildi. Şagirdlər Mehdi Hüseynzadənin qəhrəmanlığından bəhs edən film nümayiş etdirdilər. Əl işləri və şeirləri ilə tədbir iştirakçılarını tanış edərək, ətraflı məlumat verdilər. Daha sonra Mehdi Hüseynzadənin partizan düşərgəsindəki fəaliyyəti ilə bağlı səhnəcik nümayiş olundu.