ULU ÖNDƏRİN XATİRƏSİ ANILDI

11 dekabr tarixində məktəbin 7e sinfində Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Zəminə Mustafayevanın təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Ürəklərdə əbədi yaşayan dahi şəxsiyyət” mövzusunda tədbir keçirildi.İlk öncə Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra şagirdlər dahi şəxsiyyətin dövlətçilik, azərbaycançılıq ideologiyalarının, həyat və fəaliyyətinin gənc nəslə ötürülməsi və təbliğ edilməsinin əhəmiyyətindən danışdılar.