“ŞƏKƏRLİ DİABET” ADLI MAARİFLƏNDİRİCİ SÖHBƏTLƏR APARILDI

Məktəbimizin tibb işçiləri Mükafat Əliyeva və Sevda Məlikqasımova tərəfindən “Şəkərli diabet ” mövzusunda şagirdlər arasında maarifləndirici söhbətlər aparıldı. Onlar şagirdlərə şəkərli diabetin profilaktikası, ilkin əlamətləri və sağlam həyat tərzinə dair tövsiyələr verdilər. Sonda tibb bacıları şagirdləri maraqlandıran sualları cavablandırdılar.