PEDAQOJİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLDİ

24 noyabr tarixində məktəbin akt zalında Pedaqoji Şuranın iş planına uyğun olaraq növbəti iclası keçirildi.İclası açıq elan edən məktəbin direktoru Taleh Quliyev gündəliyə çıxarılan məsələləri iclas iştirakçılarına bildirdi. 2018-2019-cu dərs ilində təhsilin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlər,məktəbdaxili qiymətləndirmə, dərsə davamiyyət, IX siniflər üzrə buraxılış imtahanlarına hazırlıq və digər məsələlər müzakirə olundu, müvafiq qərarlar qəbul edildi.