"RİYAZİYYAT" AYLIĞI

Şagirdlərdə riyaziyyata marağı artırmaq üçün, eləcə də tədrisin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə noyabr ayı “Riyaziyyat aylığı” elan olunmuşdur.Məktəbdə “Riyaziyyat aylığı” ilə əlaqədar tədbirlər planı işlənib hazırlanmışdır. Tədbirlər planında riyaziyyat fənni ilə bağlı bir çox məsələlər öz əksini tapmışdır. Onlardan da biri də tədbirlərin keçirilməsidir.“Riyaziyyat aylığı” çərçivəsində məktəbdə bir neçə tədbir,açıq dərslər keçirilir. Bu tədbirlərdə həm müəllimlərimiz, həm də şagirdlərimiz fəal iştirak edirlər. Tədbirlərimiz davam etməkdədir.