Qaradağ Rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar

Noyabrın 18-i “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak edəcək Bakı şəhəri Qaradağ rayonunun ümumtəhsil məktəblərinin, eləcədə 288 nömrəli tam orta məktəbin təhsildə və idmanda fərqlənən 9-11-ci sinif şagirdlərinin Lənkəran-Astara-Masallı rayonlarına yolasalma mərasimi keçirilib. Yolasalma mərasimində konsert proqramı təşkil olunub. Belə ki, məktəblilərin ifalarında kompozisiyalar nümayiş etdirilib, şeirlər söylənilib. Sonda məktəblilər xüsusi avtobuslarla Lənkərana yola düşüblər.