Zərərli məmulatların istifadəsinin şagirdlər arasında məhdudlaşdırılması,uşaqlar və gənclərin sağlam böyüməsi haqqında maarifləndirici söhbət

Tütün məmulatların istifadəsinin məhdudlaşdırılması,uşaqlar və gənclərin sağlam böyüməsi və işkişafı haqqında məktəb şagirdləri arasında məktəbin tibb bacıları və Qaradağ rayonu 4 saylı uşaq poliklinikasının əməkdaşı ilə birgə maarifləndirici söhbətlər,monitorinqlər aparıldı. Monitorinqdə əsasən yuxarı sinif şagirdlərinin üstləri və çantaları yoxlanıldı, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirindən danışıldı. Məktəb rəhbərliyi tərəfindən bu istiqamətdə şagirdlərlə mütamadi söhbətlər aparmaq tövsiyyə olundu.