RİYAZİYYAT FƏNNİ ÜZRƏ BİLİK YARIŞI KEÇİRİLDİ

Noyabrın 12-də 6-cı siniflər arasında riyaziyyat fənni üzrə bilik yarışı keçirildi. Hər sinif 6 nəfərdən ibarət komanda heyəti ilə yarışa qatılmışdı. Yarış 3 turdan ibarət idi. Hər turda komandalara 3 sual verildi. Ən çox bal yığan 6d sinfi I yerə laiq görüldülər.. Bilik yarışı şagirdlərə ünsiyyət mədəniyyətinin formalaşmasında, komanda tərkibində oynama bacarıqlarının möhkəmlənməsində, eyni zamanda məntiqi təfəkkürün inkişafında böyük rol oynadı. Tədbirin sonunda şagirdlərə yarışda iştirakları haqqında təltifnamə verildi.