“Mənim üçrəngli bayrağım”

05 noyabr  2018-ci il tarixində Qaradağ rayonu Ə. Əmirov adına Mədəniyyət Sarayında rayon Gənclər və İdman İdarəsi və Qarabağ müharibəsi Əlilləri və Veteranları, Şəhid Ailələri İctimai Birliyinin Qaradağ rayon filialının birgə təşkilatçılığı ilə “9 Noyabr-Dövlət Bayrağı günü”nə həsr olunmuş Qaradağ rayon məktəbliləri arasında “Mənim üçrəngli bayrağım” mövzusunda şeir müsabiqəsinin final mərhələsi keçirildi.  Şeir müsabiqəsinin qayda və şərtləri izah olunduqdan sonra şeir müsabiqəsinə start verildi. Şagirdlər böyük ruh yüksəkliyi ilə Azərbaycan şairlərinin bayraq haqqında şeirlərini söylədilər və həmçinin bədii kompozisiyalar da ifa olundu.Şeir müsabiqəsinin münsiflər heyətlərinin qiymətləndirməsi əsasında yekun protokolu tərtib olundu və qaliblər müəyyən edildi.  Məktəbimiz üzrə  II  yer  tutan  11-ci sinif şagirdi  Bənnayeva  Səfurə  diplomla  təltif olundu   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi