“Üçrəngli bayrağımız milli qürurumuz, güvənc yerimizdir” adlı keçirilən tədbir

Noyabrın 8-i məktəbdə Dövlət Bayrağı Günü münasibətilə “Üçrəngli bayrağımız milli qürurumuz, güvənc yerimizdir” adlı tədbir təşkil olundu. Tədbir 2e sinifinin rəhbəri Sevinc Həsənova, 2d sinifinin rəhbəri Sona Namazəliyeva və 2v sinifinin rəhbəri Elmira Şamilovanın təşkilatçılığı ilə keçirildi. İlk öncə Azərbaycanın dövlət himni səsləndirildi. Daha sonra şagirdlər bayrama həsr etdikləri musiqi kompozisiyaları ilə çıxış edib, nəğmələr oxuyub və rəqs etdilər.