"18 OKTYABR AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜDÜR"

18 oktyabr tarixində Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar məktəbdə tədbirlər keçirildi. Belə ki, “Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə həsr olunan , “Dəyirmi masa”lar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edildi.. Eləcə də bayram münasibətilə şagirdlər arasında rəsm və inşa yazı müsabiqələri keçirildi. Şagirdlər tərəfindən tədbirlərdə dövlət müstəqilliyindən bəhs edən videoçarx və sənədli filmlər nümayiş etdirildi.