"Azərbaycan Xalq Cümhuriyyətinin tarixi" mövzusunda "Dəyirmi masa" keçirildi
09 oktyabr tarixində məktəbin kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan Xalq Cümhuriyyətinin tarixi" mövzusunda "Dəyirmi masa" keçirildi. "Dəyirmi masa"nın məruzəçisiləri məktəbin 11 H sinif şagirdləri oldu.Şagirdlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, müasir dövrdə ona verilən qiymətdən geniş və ətraflı bəhs etdilər.