Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimlərin və 600-dən yuxarı bal toplamış məzunların mükafatlandırma tədbiri keçirildi

04 oktyabr 2018-ci il tarixində Qaradağ rayonu Lökbatan qəsəbəsi, Heydər Əliyev Mərkəzində  Beynəlxalq  Müəllimlər  Günü  və  2017-2018-ci tədris ilində ali  məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunların mükafatlandırma tədbiri keçirildi.   Tədbirdə Qaradağ Rayon İcra  Hakimiyyətinin  başçısı  Süleyman  Mikayılov, Milli  Məclisin  deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, məktəb direktorları, ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunlar iştirak  edirdi. Rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov bu il Qaradağ rayonunun əldə etdiyi yüksək nəticəni xüsusi vurğulayaraq bildirdi ki, ötən illərlə müqayisədə ali məktəblərə daxil olan məzunlarımızın nəticələri yüksəkdir. Qaradağ rayonu üzrə orta məktəbi 1257  nəfərin bitirdiyini,  onlardan 42 nəfərin isə 600-dən çox bal topladıqları tədbir iştirakçılarının diqqətinə çatdırıldı.Tədbirin  sonunda məktəbimizin ali məktəblərə 600-dən çox bal toplamış 4 nəfər məzunu və məktəbimizin Təlim-tərbiyə işləri üzrə direktor müavini  Jalə  Qədirova  Qaradağ Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı və qiymətli hədiyyələr  ilə təltif edildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi